İsrailin keçmiş baş naziri Ariel Şaronun səhhəti pisləşib
Səkkiz ildir — 2006-cı ildən komada olan İsrailin keçmiş baş naziri Ariel Şaronun səhhəti pisləşib.
France-Presse agentliyinin yaydığı xəbərəə istinadən, onun vəziyyəti bir neçə gün olarl ağırlaşıb. İsrailin Ynet News nəşri isə bildirir ki, Şaronun vəziyyətinin pisləşməsi böyrək çatışmazlığı ilə bağlıdır. Nəşrin məlumatına görə, bir ay bundan əvvəl A.Şaron əməliyyat olunub və onun vəziyyəti bu günə kimi stabil olub.
Hazırda sabiq baş nazir Tel-a-Şomer şəhərində yerləşən Xaima Şiba adına tibb mərkəzində saxlanılır. Bu ilin yanvarında A.Şaronda beyin aktivləşməsi qeydə alınıb. Belə ki, o, ailə üzvlərin şəkillərinə və oğlunun səsinə reaksiya verib.
2001-ci ildən İsrailin baş naziri olmuş 85 yaşlı A.Şaron 2006-cı ilin yanvarında keçirdiyi insultdan sonra komaya düşüb. Ondan sonra baş nazir postunu Ehud Olmert tutub.