Muəllif:

«İsmayıllı hadisələri»: Proses videolara baxışla davam edib

 Fevralın 10-da Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə prosesdə videomateriallara baxış davam edib. “Azadlıq” radiosunun videokadrlarında (2013-cü il yanvarın 23-də Elçin İsmayıllı çəkib) “Çıraq” otelinin qarşısına toplaşmış qəzəbli insanlar görünür. Həmçinin keçmiş rayon rəhbərinin villasında avtomobilin yandırılması lentə alınıb. Lakin qaranlıq  olduğundan adamların üzlərini seçmək olmur.

Sonra Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun və REAL hərəkatının lideri İlqar Məmmədovun İsmayıllıdan çıxdıqdan sonra audiomüsahibələri dinlənilib. Müsahibə saat 17.40-a yaxın birbaşa efirdə yayımlanıb. Bu, göstərir ki, T.Yaqublu və İ.Məmmədov İsmayıllını tərk ediblər və yanvarın 24-də səhər və axşam polislə aksiya iştirakçıları arasında toqquşmaların iştirakçısı ola bilməzlər.

T.Yaqublu və İ.Məmmədov İsmayıllıda saat 16:00-dan 17:00-dək – şəhərdə sakitlik olanda olublar.

Nümayiş etdirilən digər bir videosüjetdə görünür ki, T.Yaqublu jurnalistlərlə bir yerdə dayanıb və vəziyyət sakitdir. Hakim bu videoları iş materiallarına daxil edib. Lakin sübut kimi tanımayıb. Proses fevralın 11-də davam edəcək (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 164