İrəvanda fəhlələr 15 ayın maaşlarını tələb edirlər
İrəvanda “Nairit” zavodunun 300 nəfər əməkdaşı prezident administrasiyası binası önündə piket keçirir. Onlar 15 ay ərzində yığılıb qalmış əmək haqlarının ödənilməsini tələb edir. Bundan öncə zavodun əməkdaşları Nazirlər Kabineti binası önündə aksiya keçiriblər. Onlar baş nazir Tiqran Sarkisyanla görüşmək istəsələr də, buna nail ola bilməyiblər.
Fəhlələrin qarşısına çıxan Nazirlər Kabineti idarələrinin birinin rəisi onlara energetika naziri ilə görüşməyi məsləhət görüb. Lakin bundan qəzəblənən zavod əməkdaşları “Baş nazir çıx, Tiqran Sarkisyan cavab ver” deyə qışqırmağa başlayıblar.
Fəhlələr müddətsiz tətil elan edərək lazım olacağı təqdirdə, açlığa başlayacaqlarını da vəd ediblər. Nazirlər Kabineti önündə energetika və təbii sərvətlər naziri Armen Movsiyanla görüş nəticəsiz qaldığından aksiyanın prezident administrasiyası binası önündə davam etdirmək qərara alınıb.