Muəllif:

İrəvan Kiyevə pislik etdi, amma bunu normal sayır və «əsaslandırır»

Ermənistan bütün ölkələrin ərazi bütövlüyünü şübhə altına almağa hazırdır. Ermənistan xalqların öz müqəddaratını təyinetmə prinsipini ərazi bütövlüyü prinsipinə qurban verə bilməz — İrəvanda belə düşünürlər.  Ermənistan bu məntiqdən çıxış edərək  BMT-də Krımla bağlı qətnamə səsə qoyulanda onun əleyhinə səs verib. Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan Ermənistanın martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü haqqında qətnamənin əleyhinə səs vermək qərarını şərh edərkən açıqca bildirib ki, “Ermənistan xalqların öz müqəddaratını təyinetmə prinsipini ərazi bütövlüyü prinsipinə qurban verə bilməzdi”…
Hiss olunur ki, onlar bunu Qarabağı Azərbaycandan hüquqi cəhətdən qoparmaq üçün bir presedent kimi görürlər.
İrəvan uluslararası platformada Kiyevə pislik etdi, amma bunu normal sayır və hesab edir ki, onun bu xain hərəkəti   Ukrayna ilə münasibətlərinə təsir etməyəcək. Şavarş Köçəryan əlavə edib ki, «Ermənistan və Ukrayna arasındakı münasibətlər hər zaman olduğu kimi bundan sonra da  normal qalacaq».  Ukrayna XİN-də deyəsən başqa cür düşünürlər. XİN rəsmi təmsilçisi Yevgeni Perebiynis bəyan edib ki, Ermənistan və Belarusun mövqeyi Ukraynanı çox məyus edib. Perebiynis açıqlamasında Kiyevin bu ölkələr ilə münasibətlərinə yenidən baxacağını istisna etməyib.

Ukraynanın torpaq bütünlüyü haqqında qətnamənin qəbul olunmasına Azərbaycan da daxil olmaqla 100 ölkə, əleyhinə Ermənistan və Belarus da daxil olmaqla 11 ölkə səs verib. Özbəkistan və Qazaxıstan da daxil olmaqla 58 ölkə bitərəf qalıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127