Muəllif:

İraq: Türkmən lider Zahid İsmayıl evinin qarşısında öldürüldü

İraq Türkmən Cəbhəsinin (İTC) Rəşidiyyə nahiyəsi üzrə lideri Zahid İsmayıl bu gün səhər evinin önündə silahlı hücuma məruz qalaraq qətlə yetrilib. Bu haqda İTC açıqlama verib.   Siyasətçiyə hücum edənlərin kimliyi bəlli deyil. İTC lideri Ərşad Salih bu qətli sui-qəsd adlandırıb. Hücumu kimlərin və nə məqsədlə etdiyini bildiklərini deyən Ə.Salih hökuməti cinayətkarları yaxalamaq üçün hər hansı addım atmamaqda ittiham edib. Bundan öncə özünün sui-qəsdə məruz qaldığını deyən İTC lideri İraq türkmənlərinin həyatının təhlükədə olduğunu bəyan edib.

Bu silahlı hücumların türkmənlərin yaşadıqları bölgədən çıxarılmaları üçün həyata keçirildiyini deyən Ə.Salih Mosulk Şəhər Polis İdarəsi rəhbərliyinə Rəşidiyyənin nəzarət altına alınması, giriş-çıxış zamanı şəxsiyyət vəsiqələrinin yoxlanılması ilə bağlı müraciət edib.-05D-

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134