Muəllif: Redaksiya
Güney Türklərini təmsil edən qələbəlik bir qrup dünən İranın İstanbul Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirmişdir. Aksiya Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təşəbbüsü və təşkilatçılığı ilə keçib. Yerli vaxtla saat 14:00-da başlanan piket İranda öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı mollakratiyanın yürütdüyü antibəşəri siyasətə kəskin etiraz məqsədi daşıyırdı.
İranın İstanbul Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirildi
Güney Türklərini təmsil edən qələbəlik bir qrup dünən İranın İstanbul Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirmişdir. Aksiya Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təşəbbüsü və təşkilatçılığı ilə keçib. Yerli vaxtla saat 14:00-da başlanan piket İranda öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı mollakratiyanın yürütdüyü antibəşəri siyasətə kəskin etiraz məqsədi daşıyırdı.Aksiya iştirakçıları əllərində Azərbaycan və Türkiyə bayraqları, müxtəlif plakatlar, hazırda İran həbsxanalarında qeyri-qanuni olaraq saxlanılan milli fəalların fotoşəkillərini tutaraq, “Türk dilində təhsil haqqımızdır haqqımız!”, “Ankara, Bakı, Təbriz, birlikdə güclüyük biz!”, Urmiya gölü can verir, İran onun qətlinə fərman verir!”, “Azərbaycan var olsun, istəməyən qəhr olsun!”, “Qəhr olsun İran imperializmi!” və bu kimi şüarlar səsləndiriblər.
Piket qətnamənin oxunuşu ilə insidentsiz başa çatıb.
Bölüm: Güney
Oxunma sayı: 203

