Muəllif: Redaksiya
İranı oğurluq başına götürüb
İranda ən çox oğurluq cinayəti törədilir. Sutka ərzində ölkədə 2000 oğurluq hadisəsi baş verir. Bunu İranın Hüquq-mühafizə qüvvələrinin komandanı general İsmayıl Əhmədi Müqəddəm bu gün jurnalistlərə deyib. Müqəddəm bildirib ki, polis qüvvələri bu problemlə mübarizədə bütün güclərindən istifadə edir.
Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində (İranda il martın 21-də dəyişir) ölkədə oğurluq cinayətinin törədilməsi halları ötən illə müqayəsidə 26 faiz artıb. Müqəddəm bunun səbəbini əhalinin iqtisadi durumunun zəif olması ilə əlaqələndirib.
Bölüm: Güney
Oxunma sayı: 112