İrandan qayıdırdı, düz bağırsağından «narkotik bağlaması» çıxdı
İrandan gələn daha bir Azərbaycan vətəndaşının düz bağırsağından «heroin və tiryək bağlaması» çıxarılıb. Dövlət Gömrük Komitəsindən yayılan məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Nazim Məmmədovun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanından (düzbağırsağından) 1 ədəd bağlamada, xalis çəkisi 12,77 qram olan narkotik vasitə — heroin və xalis çəkisi 3,52 qram olan narkotik vasitə — tiryək aşkar edilib. Görünür adam bu üsulun fars demiş adətkərdəsi imiş, indi üstü açılır… Bu üsuldan İrndan gələn narkotik qaçaqmalçıları tez-tez istifadə edirlər, indiyədək bu kimi çoxlu sayda faktlar olub.
Faktla bağlı cinayət işi açıldığı, araşdırma aparılddığı bildirilir.