Muəllif:

İran tərəfi Babək Zəncaninin həbsinə aydınlıq gətirdi

Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabın İrandakı iş ortağı olduğu bildirilən Babək Zəncaninin həbsinin səbəbi açıqlanıb.  İran parlamentinin 90-cı maddə komissiyasının sözçüsü Mustafa Əfzəli Fərd bildirib ki, Babək  Zəncani İran Neft Nazirliyinə olan borcu və sosial sığorta məsələsi ilə bağlı açılmış cinayət işi ilə əlaqədar tutulub.

Parlament üzvü Babək  Zəncaninin Türkiyədəki rüşvət və korrupsiya qalmaqalında rol oynaması ilə bağlı iddiaların araşdırılıb-araşdırılmayacağına dair sualı da cavablandırıb: “Bu məsələ ilə bağlı qarşı tərəfdən şikayət gəlməli və ya komissiya öz qərarı ilə mövzunu araşdırmağa başlamalıdır”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 103