Muəllif: Redaksiya
İnterpol qaçaq düşmüş müstəntiqi axtarır
Özgəsinin əmlakını mənimsəməkdə təqsirləndirilən sabiq prokurorluq işçisi barəsində axtarış elan edilib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu CM 179.2.3-cü (mənimsəmə — şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib. Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.
Bölüm: Kriminal
Oxunma sayı: 168