Muəllif: Redaksiya
Azərbaycan Elmi-Təhqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Əlişir Musayev (65 yaşında) martın 9-da günorta saatlarında hamam otağında dəm qazından zəhərlənib. Hadisə alimin Quba rayonunun Amsar kəndindəki bağ evində qeydə alınıb.
İnstitut direktoru dəm qazından zəhərlərib: vəziyyəti ağır stabil olaraq qalır
Azərbaycan Elmi-Təhqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Əlişir Musayev (65 yaşında) martın 9-da günorta saatlarında hamam otağında dəm qazından zəhərlənib. Hadisə alimin Quba rayonunun Amsar kəndindəki bağ evində qeydə alınıb.Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Musayevin vəziyyətinin ağır stabil olduğu deyilmişdir.
Sonra xəstəni təcili olaraq Bakıya gətirmişlər.
Faktla bağlı araşdırma aparıldığı bildirilir.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 152

