Muəllif: Redaksiya
İçkili sürücü ailələrə fəlakətlər gətirib
DİN Qaradağda yol polisinin ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb. Bildirilir ki, dekabrın 31-də saat 19 radələrində Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Qaradağ rayonu ərazisindəki Daimi Postunun qarşısında Saatlı rayon sakini Xəyal Orucov idarə etdiyi “Mercedes” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan, Qaradağ rayon sakini Mirzə Məmmədovun idarə etdiyi “Mercedes” markalı, İmişli rayon sakini Adil Fərəcovun idarə etdiyi “Mercedes” markalı, Saatlı rayon sakini Ərşad Həsənovun idarə etdiyi “VAZ-21154” markalı, habelə postda dayanmış “BMW” markalı xidməti avtomobili və xidmətdə olan YPX-nin inspektoru, polis kiçik serjantı Polad Mehdiyevi vurub.
Mehdiyev və Məmmədov hadisə yerində keçiniblər, Orucov və sərnişini — qardaşı Xalid xəstəxanaya yerləşdiriliblər. Orucovun və qardaşı Xalidin sərxoş vəziyyətdə olmaları müəyyən edilib.
Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırmalar aparıldığı bildirilir.
Bölüm: Xəbərlər
Oxunma sayı: 137