Hüquq-mühafizə orqanalrı arasında qol güləşi üzrə açıq birincilik keçirilib
Ötən gün Milli Təhlükəsizlik orqanalrının yaranmasının 95 illiyinə həsr olunmuş hüquq-mühafizə orqanalrı arasında qol güləşi üzrə açıq birincilik keçirilib. MTN-in H.Əliyev Akademiyasında baş tutan yarışın məqsədi hüquq-mühafizə orqanları əməkdaşları arasında qol güləşi idman növü ilə məşğul olanların idman ustalığının artırılması, idmançıların müxtəlif yarışlara hazırlıq səviyyəsinin aşkar olunması, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişlənməsindən ibarət olub.
Yarışda Daxili İşlər Nazirliyi, Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyini təmsil edən 60 nəfərdən çox iştirakçı 4 çəki dərəcəsi (75 kq, 85 kq, 95 kq və 95+kq) üzrə yarışıblar. Tədbir Bakı şəhər Gənclər də İdman Baş İdarəsi və Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatı dəstəyi ilə olub. Yarışı Azərbaycan Qol Güləşi Federasiyasının hakimlər kollegiyası idarə edib.
Yarış həm şəxsi, həm də komanda xarakteri daşıyıb. İlk öncə rəsmi qonaqlar – Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov, FHN-nin İdman Sağlamlıq Klubunun rəisi Füzuli Musayev, Bakı şəhər Gənclər də İdman Baş İdarəsinin rəisi Raqib Abbasov, MTN-nin İdman Sağlamlıq Mərkəzinin rəisi Vahid Ağakişiyev və başqaları tədbir iştirakçılarını salamlayıb uğurlar arzuladılar. Daha sonra MTN-in H.Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyini ziyarət ediblər.
Baş hakim Zöhrab Mənsimovun tədbirin təşkilat komitəsi qarşısında raportundan sonra yarış başlayıb. Yarışın sonunda şəxsi hesab üzrə hər bir çəki dərəcəsi üzrə İ, İİ və İİİ yerləri tutmuş idmançılar və komanda nümayəndələri MTN-in “Titan” İSM tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə təltif olunublar.
Açıqlama verən FHN-in İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev hüquq-mühafizə orqanalrı arasında qol güləşi yarışmasına ilk dəfə qatıldıqlarını bildirdi. Qeyd edək ki, sözügedən qurumun komanda nümayəndəsi Orxan Mansurovdur. Komanda hesabında üçüncü yeri qazanan təmsilçi qurum nümayəndələri uğurlarının davamlı olacağını inandıqlarını bildiriblər.
Komanda hesabında qaliblər:
DİN
XDMX
FHN
Şəxsi hesabda qaliblər:
75 kq çəkidə
Vüsal Əsədov (FHN)
Emil Qocayev (DİN)
Elvin Qədirli (DİN)
85 kq çəkidə
Zamiq Səfərbəyov (DİN)
Rasim Şirinov (DİN)
Ziya Quliyev (XDMX)
95 kq çəkidə
Samir Rüstəmov (XDMX)
Rauf Yusifov Ədliyyə Nazirliyi
Zülfüqar Qəfərov (DİN)
95 kq-dən artıq çəkidə
Faiq Abbasov (DİN)
Azər İbrahimov (DİN)
Vüsal Məmmədov (DİN)