Muəllif:

Hümanitar kollecin torpaqlarına qəfil hücumun qarşısı alınıb

TN tərəfindən kollec ərazisinin qanunsuz zəbt olunmasının qarşısı alınıb. Martın 26-da Bakı Humanitar Kollecinə məxsus torpaq sahəsinin qanunsuz zəbt olunaraq, 150 kvadrat metr ərazidə naməlum şəxslər tərəfindən tikinti işləri aparılması barədə TN-ə operativ məlumat daxil olub.

Nazirliyin mətbuat xidməti bildirir ki, kollec əməkdaşları tərəfindən qanunsuz tikinti işləri aparan şəxslərə etiraz edilsə də, onların qanuna zidd əməllərinin qarşısını almaq mümkün olmayıb. Məsələyə müvafiq icra hakimiyyəti orqanlarının müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi kollecin ixtiyarına qaytarılıb.

Təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur. Bundan sonra da təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 114