Muəllif: Redaksiya
Heydər Əsədov İsrailin aqrar təcrübəsi ilə tanış olacaq
Kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailə ikigünlük səfərə gedib. Diplomatik mənbələrdən Turan-a məlum olub ki, səfərdə məqsəd kənd təsərrüfatı sahəsində təcrübə ilə tanışlıqdır. Əsədovu bəzi mütəxəssislər müşayiət edirlər. Onlar İsrailin təcrübəsi ilə tanış olacaq, aqrar sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.
Səfər zamanı Əsədov kənd təsərrüfatı naziri Yair Şamirlə görüşəcək, bır sıra aqrar-sənaye müəssisələrinə baş çəkəcək.Azərbaycanlı eksperlər müəssisələrə dövlət dəstəyi metodları ilə tanış olacaqlar, həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan yeni texnologiyalara baxacaqlar.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 157