Muəllif:

Həsən Hüseynli məsələsi AB və ABŞ prezidenti səviyyəsinə qalxdı

Gəncədə vətəndaş fəalı Həsən Hüseynlinin həbsi ilə bağlı məsələ Avropa Birliyi və ABŞ prezidenti səviyyəsinə qalxdı. Avropa Birliyi missiyasının rəhbəri Malena Mard deyib ki, AB missiyası Həsən Hüseynlinin işini izləyir. Mard bu barədə jurnalistlərə  bildirərkən deyir  “Hələlik bizə yalnız o məlumdur ki, Hüseynli xuliqanlıqda ittiham olunur. Biz bu ittihamların nə qədər əsaslı olduğunu və işin necə aparıldığını izləyəcəyik”.

Diplomat həbs faktından narahat olduğunu qeyd edib. Çünki missiya Hüseynlini və onun təşkilatını yaxşı tanıyır, bu QHT ilə səmərəli əməkdaşlıq edir. Odur ki, xuliqanlıq ittihamı qəribə görünür.

ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri Ağ Evin saytında Gəncə şəhərində qanunsuz həbs olunmuş vətəndaş cəmiyyətinin fəalı Həsən Hüseynlinin azad edilməsinə yardım göstərilməsinə çağıran müraciət yerləşdiriblər.  Turan-ın Vaşinqton müxbiri bildirib ki, “Qanunsuz həbs olunmuş hüquq müdafiəçisi Həsən Hüseynlinin azad edilməsinə yardım göstərin” adlı müraciəti bir neçə saatın ərzində 100-dən çox adam imzalayıb.

Müraciətə ABŞ prezidentinin baxması üçün yüz min vətəndaşın imzası lazımdır.

“Biz Azərbaycan hökumətindən Hüseynlinin azad olunmasını və uydurma ittihamların onun üzərindən götürülməsini tələb edirik. Biz vətəndaş azadlığını qiymətləndirən insanları müraciəti dəstəkləməyə və Hüseynlinin azad olunmasını tələb etməyə çağırırıq.

Hüseynli Azərbaycanda çox gəncləri ruhlandırır və dünya Könüllülər korpusunun fəal köməkçisidir. O, böyük sayda gəncə yardım göstərib və indi də onu müdafiə etmək üçün bizim növbəmizdir”.

“Həsən Hüseynliyə azadlıq!”, — müraciətdə deyilir.

Mayın 1-dək müraciəti 100 000 nəfər imzalamalıdır ki, Ağ Ev məsələyə rəsmi münasibətini bildirsin.

Turan agentliyi müraciətin ünvanını təqdim edib: https://petitions.whitehouse.gov/petition/help-free-hasan-huseynli-wrongly-imprisoned-youth-development-and-civil-right-supporter-republic/Tmj2Vsf6

Sənədə yalnız ABŞ-da qeydiyyatda olan İP ünvanlardan səs vermək olar.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 441