Muəllif:

Hərbi Dəniz Qüvvələrinin keçmiş hərbi qulluqçusu rüşvət üstündə həbs edilib

Silahlı Qüvvələrin daha bir hərbi qulluqçusu rüşvət ittihamı ilə həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.Hərbi Dəniz Qüvvələrinin giziri Elxan Hacıyev CM 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E. Hacıyev Hərbi Dəniz Qüvvələrinin giziri olub. Onun korrupsiya əməlləri barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin məlumatlardan sonra E. Hacıyev ordudan tərxis edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 327