Həmsədrlər Bakını və İravanı ritorikalarında təmkinə çağırırlar
Minsk Qrupu həmsədrləri İqor Popov (RF), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) Qarabağ münaqişəsi tərəflərinə atəşkəs rejimini gücləndirmək və cəbhə bölgəsində gərginliyi artırmaqdan çəkinmək çağırışı ediblər. Bu hadqa həmsədrlərin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin fevralın 4-5-də Bakı və İrəvana səfərlərinin nəticələrinə dair bəyanatında deyilir.
Həmsədrlər Bakıda dövlət başçısı İlham Əliyev, İrəvanda isə Ermənistan dövlət başçısı Serj Sarksiyanla görüşüblər. Hər iki paytaxtda onlar xarici işlər nazirlərilə məsləhətləşmələr aparıblar.
Həmsədrlər prezidentlərlə xarici işlər nazirlərinin bu yaxında Parisdəki görüşünün nəticələrini müzakirə ediblər, danışıqların mahiyyəri üzrə Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində gələcəkdə tərəqqiyə nail olmağın zəruriliyi qeyd edilib. Onlar 2013-cü ildə Vyanada razılaşdırıldığı kimi danışıqların ən yüksək səviyyədə davam etdirilməsini xüsusi vurğulayıblar.
Danışıqlarda həmsədrlər qoşunlatın təmas xəttində və sərhəddə gərginliklə bağlı narahatlıqlarını ifadə ediblər və tərəfləri öz fəaliyyət və ritorikalarında təmkinə çağırıblar. Tərəflər atəşkəs rejiminə riayət eməyi gücləndirməkdə və Soçi Olimpiya oyunlarının fonunda gərginliyi artırmaqdan çəkinmək niyyətlərini nümayiş etdiriblər.
Həmsədrlər yüksək səviyyədə görüşə hazırlıq çərçivəsində tərəflərlə məsləhətləşmələri yaxın həftələrdə davam etdirəcəklər (Turan).