Muəllif:

Həbsdə olan iranlı casusla bağlı Bakı ilə danışıqlar gedir

Azərbaycanda həbsdə olan İran vətəndaşı Bəhram Feyzi ilə bağlı hazırda iki ölkə arasında konsulluq fəaliyyəti davam etdirilir. Bunu İran XİN sözçüsü xanım Mərziyyə Əfxəm bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib. Əfxəm bildirib ki, bu xəbəri eşitdikdən sonra İran məsələnin üstündə durub və Azərbaycan tərəfi ilə əlaqə yaradılıb, Azərbaycanın İran səfiri ilə məsləhətləşmələr aparılıb.

Onun sözlərinə görə, Feyzinin azadlığa buraxılması ilə bağlı işlər davam etdirilir: «Biz məsələni həm Tehrandan, həm də Bakıdan izləyirik».

Bəhram Feyzi CM 276-cı (casusluq), 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.

İttihama görə, İranın xüsusi xidmət orqanının (ETTELAAT) əməkdaşı olan Bəhram Feyzi İsrailin Azərbaycan  səfirliyini partlatmağa hazırlaşırmış. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Feyzini 2013-cü il martın 29-da həbs ediblər.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 119