Gürcüstan prezidentinin qohumu “dozadan artıq kokain qəbulu” diaqnozu ilə…
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qeyri-rəsmi nikahda olduğu Maka Çiçuanın kürəkəni Mindia Qoqoçuri “dozadan artıq kokain qəbulu” diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qoqoçuri dostu ilə birlikdə səhər saatlarında Tbilisi Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda hər ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Qoqoçurinin Kaçarava soyadlı dostunun hətta nəbzi hiss olunmur. Xəstəxananın növbətçi həkimi artıq bu barədə polisə məlumat verib.
Xəstəxanaya gətirilənlərin şəxsiyyətini Gürcüstan prezidentinin mühafizəçilərinin və Maka Çiçuanın gəlişindən sonra müəyyənləşdirmək mümkün olub. Qoqoçurinin dostunun anası Səhiyyə Nazirliyində yüksək vəzifə tutduğu üçün faktın xəstəxananın qeydiyyat kitabında yer almayacağı və cinayət işinin qaldırılmayacağı güman olunur.