Muəllif:

Gürcüstan: məmurlar bahalı xidməti avtomobildən istifadə edə bilməyəcəklər

Gürcüstanda dövlət ehtiyacları üçün avtomobillərin alışı yeni qaydalarla tənzimlənəcək. Orada hökumət dövlət avtomobil parkının bölüşdürülməsi, avtomobillərin təsnifatı və alışı-dəyişdirilməsi qaydalarını təsdiq edib. Qaydalar dövlət büdcəsi hesabına avtomobillərin alınması, dəyişdirilməsi və bölüşdürülməsi prosesini tənzimləyir.

Qaydalara əsasən, dövlət təşkilatlarının tender təkliflərində təkcə avtomobilin ilkin dəyəri deyil, həm də onun il ərzində saxlanılmasına görə məbləğ göstəriləcək. Söhbət yanacaq sərfiyyatından, göstərilən xidmətdən və s. gedir. Bu da öz növbəsində, büdcə vəsaitlərinə xeyli qənaət etməyə imkan verəcək.

Yeni qaydalara görə, avtomobil parkı 4 kateqoriyaya bölünüb. Ən aşağı — 4-cü kateqoriyadan olan avtomobillər kuryer və feldyeger xidmətləri və şəhərin daxilində sərnişinlərin daşınması üçün istifadə olunur. Onların maksimum qiyməti 15 400 dollar məbləğində müəyyənləşdirilib.

Birinci kateqoriyaya nazirlərin müavinləri və bu rütbədən olan digər vəzifəli şəxslərə xidmət göstərən avtomobillər daxildir. Avtomobilin maksimum qiyməti 31 500 dollar həcmində müəyyən olunub.

İkinci sinif avtomobillər departament rəhbərləri, onlara bərabər tutulan vəzifəli şəxslər və bu rütbədən olan digər vəzifəli şəxslərə şamil edilir. Minik avtomobilinin dəyəri 21 min dolları, yüksək hərəkət etmə qabiliyyəti olan avtomobillərin dəyəri isə 26 500 dolları ötməməlidir.

Üçüncü kateqoriyadan olan avtomobillərə gəlincə, onlar hökumət dəftərxanasının struktur şöbələrinin, regional və rayon strukrtur vahidlərinin rəhbərləri, Baş nazirin müşaviri və bu rütbədən olan digər vəzifəli şəxslər üçün nəzərdə tutulub. Minik avtomobilinin dəyəri 16 800 dollar, yüksək hərəkət qabiliyyəti olan avtomobillərin qiyməti isə 24 300 dollardır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 504