Muəllif: Redaksiya
Güney Azərbaycanlı gənclər Suriyaya ölümə göndərilir
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) üzvü olan azərbaycanlı Suriyada öldürülüb. Yayılan xəbərlərə istinadən, Mahmud Beyzayi (Hüseyn Nüsrəti) Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərindəndir. 26 yaşlı gəncin Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək vermək məqsədilə bu ölkəyə göndərildiyi, ancaq müxaliflərlə döyüşdə öldürüldüyü bildirilir.
İranın “Səhər” telekanalı Mahmud Beyzayinin Suriyada «Həzrəti Zeynəb ziyarətgahı uğrunda gedən döyüşlərdə» həlak olduğunu açıqlayıb. Onun ailəsi Təbrizdə yaşayır və 1 yaşlı qızı var. Beyzayinin cənazəsi yanvarın 22-də Təbrizə gətirilərək dəfn edilib.
Bölüm: Güney
Oxunma sayı: 197