Muəllif:

Görkəmli dövlət xadimi Süleyman Tatlıyev vəfat etdi

Görkəmli dövlət xadimi Süleyman Tatlıyev 87 yaşında Bakıda vəfat etmişdir. Süleyman Bayram oğlu Tatlıyev 27 fevral 1925-ci ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində doğulmuşdur.  Atası 1938-ci ildə repressiya olunmuş, «xalq düşməninin» oğlu ləkəsini üstündən atmaq üçün 1943-cü ildə 18 yaşında ərizə yazıb könüllü olaraq cəbhəyə yola düşür, zenit pulemyotcusu olaraq döyüşlərə qatılır və 1944-cü ildə Kerç vuruşmalarında ağır yaralanır.

Tatlıyev Azərbaycan Dövlət Universiteti kimya fakültəsinin məzunudur (1951). 1956-cı ilə qədər  Novo-Qroznı neft emalı zavodunda işləyir, oradan Sumqayıta sintetik-kauçuk zavodun işə qayıdır.

Tatlıyev sonralar  Nazirlər Sovetində İşlər idarəsinin müdiri (1970-1978), Nazirlər Soveti sədrinin I müavini (1978-1985), Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri (1985-1989) vəzifələrində çalışıb, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1994-cü ildən Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışırdı.

Sadə adam idi, sadə yaşayırdı.  Bütün şüurlu ömrü boyu doğma millətinə sədaqətlə  xidmət etmişdi deyə xalq arasında hörməti vardı. Bu dəyərli insan 80 illiyində ZERKALO qəzetində bu sətirlərin müəllifinə müsahibəsində ömür yolunu vərəqləmişdi…

Behiştlik olsun.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 542