Muəllif:

“Gəncləşən muğam-5” əvvəlkilərdən seçiləcək

“Gəncləşən Muğam-5” layihəsi davam edir. Layihənin rəhbəri xalq artisti Mənsum İbrahimov konsert haqda məlumat verib:

“Bildiyiniz kimi bu layihə mənimlə birlikdə sənət dostlarım olan əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun işidir. Bu il Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 2 Fevral Gənclər Gününə həsr olunan  “Gəncliyin səsi” adlı musiqi festivalı da keçirilir. Festivalın ağırlıq mərkəzi Sarayın foyesində gənc rəssamların sərgisi, zalda isə bizim layihəmiz təqdim olunacaq. “Gəncləşən Muğam-5” layihəsini ötən illərdəkindən seçiləcək. Belə ki, konserti teatrlaşmış kompozisiya şəklində təşkil etmişik. Burada 52 xanəndə iştirak edəcək. Konsertə 2005-ci ildən bu günə qədər keçirilən bütün muğam müsabiqəsinin qalibləri və yeni səslər də qatılacaq. Yeni tar və kamança ifaçıları da olacaq. Onu da xüsusilə diqqətinizə çatdırım ki, konsertdə Təbrizdən Hüseyn Məlikzadə dəvət olunub. O, isə “Ayrılıq” adlı mahnını ifa edəcək. Konsertin quruluşçu rejissoru Hafiz Quliyevdir. Əminəm ki, bu layihəmiz hər kəsin ürəyincə olacaq və  gözəl anlar yaşada biləcəyik”.

Qeyd edək ki, xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Gəncləşən Muğam-5” layihəsi fevralın 2-si Heydər Əliyev Sarayında başlanacaq. 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 224