Muəllif:

Fransua Ollandın Bakı səfərində bir sıra sənədlər imzalanacaq

Fransa çox məsələdə ermənilərin yanında olsa da, bu ölkənin Azərbaycanda Ermənistanla müqayisədə dəfələrlə üstün iqtisadi maraqları var.  Fransa Azərbaycanın ciddi ticari-iqtisadi ortağıdır və Bakı bu nailiyyəti yüksək qiymətləndirir. Mədəniyyət sahəsində münasibətlər də bizi razı salacaq bir səviyyəyə qalxıb.  Prezidenti Fransua Ollandın mayda Azərbaycana səfəri zamanı iki ölkə arasında bir sıra yeni sənədlərin imzalanacağı da məmnunluq doğurur. Bu da məmnunluq doğurmaya bilmir ki, əsilsiz erməni məsələsinə dair Fransa siyasi rəhbərliyi daha ölçülü-biçili ifadələr işlətməyə başlamışdır.

Fransanın Azərbaycan səfiri cənab Paskal Mönye  media mənsublarına  qarşıdakı səfər barədə danışarkən bildirib ki, hazırda sözügedən müqavilələr üzərində iş aparılır. Cənab səfir Fransanın sənaye, nəqliyyat, informasiya texnologiyaları sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb, əlavə edib ki, səfər çərçivəsində Fransa-Azərbaycan biznes-forumu keçiriləcək:

“Biznes-forumda prezidentlə birlikdə Azərbaycana səfər edəcək bir sıra nazirlər də iştirak edəcək. Biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq qurmaq niyyətindəyik. Bununla bağlı Azərbaycanda bir neçə nazirlə müzakirə aparmışıq. Bundan əlavə, aqrar, nəqliyyat sahəsi üzrə dəyirmi masa təşkil etmək istəyirik. Fransa həm də aqrar ölkəsidir. Kənd təsərrüfatı bir növ “yaşıl neft” hesab olunur və bu, Azərbaycanın gələcəyi üçün çox vacibdir. Nəqliyyat sahəsinə gəlincə, bizim metro, dəmiryolu sahəsi üzrə bir sıra layihələrimiz var. Ətraf mühit, su texnologiyaları üzrə də müzakirələrin aparılması planlaşdırılır. Biz istəyirik ki, Azərbaycanda əhali Avropa standartlarına uyğun 24 saat ərzində su ilə təmin olunsun. Bu məqsədə nail olmaq üçün “Azərsu”nu əməkdaşlığa cəlb edəcəyik».

Cənab Mönye Fransanın enerji sahəsində təcrübəyə malik olduğunu və bu istiqamətdə Bakıda müzakirələr aparılacağını bildirib:

“Bizim bu sahədə təcrübəmiz, bir sözlə, iki ölkə arasında müzakirə olunacaq məsələlər çoxdur. Fransa investorları üçün Azərbaycanda turizm sahəsi də çox maraqlıdır. Biz Azərbaycandan daha çox tələbəni Fransada təhsil almaq üçün cəlb etmək niyyətindəyik”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186