Muəllif:

Fransanın Thales şirkəti Bakıda 5 metro stansiyasını modernləşdirəcək

Bakı Metropoliteninin beş stansiyasında (“Nizami”dən “Memar Əcəmi”yə qədər) avadanlıqların modernləşdirilməsi nəzərdə tutulur.

Thales (Fransa) şirkətinin Rusiya və MDB ölkələrində təhlükəsizlik və nəqliyyat sahəsində biznesin inkişafı üzrə direktoru Sergey Romanetsin sözlərinə görə, şirkət sözügedən məsələ ilə bağlı Bakı Metropoliteni ilə fəal əməkdaşlıq edir: “Hazırda Azərbaycan bizim üçün vacib istiqamətdir. Bakı metrosu sürətlə inkişaf edir və metropoliten rəhbərliyi ən müasir texnologiyaların istifadəsində maraqlıdır” (APA).

Romanets qeyd edib ki, beş stansiyada avadanlıqların modernləşdirilməsi 12-18 ay ərzində gerçəkləşdirilə bilər. Eyni zamanda Bakı Metropoliteninin Dərnəgüldə tikilməkdə olan deposunda və çəhrayı xəttinin stansiyalarında da avadanlıqlar modernləşdiriləcək. Bu stansiyalarda CBTC (qatarların hərəkətinə nəzarət) sistemi və təhlükəsizlik qapıları quraşdırılacaq. Bütün bunlar qatarlar arasındakı intervalı 60 saniyəyə qədər azaltmağa, sərnişin axınını və təhlükəsizliyi yaxşılaşdırmağa imkan verəcək. Hər bir stansiya üçün CBTC texnologiyasının qiyməti isə 1-1,5 mln. avro təşkil edəcək.

Qeyd edək ki, Thales şirkətinin dünyanın 65 ölkəsində nümayəndəliyi var.  Şirkət müdafiə və təhlükəsizlik, yerüstü və hava nəqliyyatı sahəsində texnologiya və avadanlıqlar təqdim edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 210