Muəllif:

Fransanın Alstom konsorsiumu Gəncədə tramvay xətti çəkəcək

Fransanın Alstom konsorsiumu Gəncədə tramvay xəttinin inşasında iştirak edəcək. Şirkət  Bakıda da tramvay xəttinin salınmasına maraq göstərir. Belə görünür tramvayın Bakıya qayıdışı gerçəkləşə bilər.

Alstom İnternational şirkətinin Avropa, Orta Asiya və Qafqaz üzrə vitse-prezidenti Filipp Romye deyib ki, Azərbaycan şirkət üçün maraq kəsb edən bazardır: “Azərbaycan ölkənin inkişaf dinamikası və potensialı baxımından maraq kəsb edir”.

Romyenin sözlərinə görə, Alstom konsorsiumuna məxsus NTL şirkəti Gəncədəki tramvay xətti üçün qatar tədarük edəcək, Alstom isə layihənin mühəndisliyini təmin edəcək. Şirkətin şəhər bələdiyyəsi ilə danışıqlar apardığını deyən vitse-prezident qeyd edib ki, layihənin optimal texniki həlli üçün böyük iş görülüb. F.Romye bildirib ki, layihənin reallaşması onun maliyyələşməsindən asılıdır.

Romye onu da qeyd edib ki, şirkət Bakıdakı müxtəlif layihələrə maraq göstərir. Onun sözlərinə görə, buraya Bakıda tramvay xəttinin mümkün inşası, habelə yeni metro xətlərinin tikintisi, onların yeni qatarlar və siqnalizasiya sistemləri ilə təchizatı, “Ağ şəhər” layihəsi çərçivəsində elektrik stansiyasının inşası daxildir.

Alstom Azərbaycan Dəmir Yolları ASC-nin 50 lokomotivin təchizatı ilə bağlı tenderində də iştirak edəcək. Tenderin bu ilin ilk yarısında keçiriləcəyi gözlənilir.

Alstom Azərbaycanda artıq 20 ildən çox fəaliyyət göstərir. Bu müddət ərzində şirkət Bakıdakı istilik-elektrik stansiyasının qazturbin avadanlığı, Azərenerji isə yüksək gərginlikli avadanlıqla təchiz edib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 339