Fransa universitetlərində təhsil: imknlar genişlənir
Fransa səfirliyindən redaksiyamıza bildirildiyi kimi, aprelin 4-5-də Bakıda ADA universitetində Azərbaycan-Fransa II Universitetlərarası Forumu keçirilib. Forum ADA universiteti, Fransanın Azərbaycan səfirliyi və Kampus Frans agentliyi tərəfindən təşkil edilmişdi. Forumda Azərbaycan və Fransanın 11 universitetini təmsil edən şəxlər iştirak edirdi.
Müzakirələrin gedişindən də göründüyü kimi, gənclərimizin Fransa universitetlərində təhsil ala bilmələri üçün imknlar genişləndirilir. Azərbaycan və ən çox üz tutulan Rusiya universitetlərinin dünya reytinqlərindən kənarda qaldığı bir vaxtda Fransanın reytinqli universititlərində təhsil almağa imkanların asanlaşdırılması son dərəcə önəmlidir.
ADA rektoru Hafiz Paşayevin mətbuata açıqlamasına görə, yaxın günlərdə ADA və Fransa universitetlərindən biri arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq. Fransanın İESEG Menecment İnstitutu ilə memorandum imzalanması nəzərdə tutulur.
Öz növbəsində, Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına verilən böyük önəmi qeyd edib. TN rəsmiinin sözlərinə görə, “2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı» çərçivəsində 2 612 tələbə təhsil almaq üçün xaricə göndərilib.
Səfir Paskal Monye Azərbaycan gənclərinin Fransa universitetlərində təhsil almaları üçün yaradılan imkanlara toxunarkən qeyd edib ki, bu sahədə əməkdaşlıq davam etdiriləcək.
Forumda iki ölkənin universititləri arasında əməkdaşlığın inkişafı, tələbə və elmi mübadilə üzrə proqramların həyata keçirilməsi və s. müzakirə predmeti idi.