Muəllif:

Foto-studiyada caxta əskinaslar kəsirmişlər

Ölkədə saxta əskinaslar kəsmək deyəsən geniş şəkil almaqdadır. Budur,  bu dəfə də Ağdaş rayon sakinindən saxta əsginaslar götürülüb. DİN saytına istinadən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının  əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, Hacıqabul rayon sakini Raqil Şirəliyevdən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq saxta əskinaslar götürülüb.

Şirəliyevin idarə etdiyi Kia-Rio markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Şirvan şəhərinin ərazisində Şirəliyevin icarəyə götürdüyü Foto Uğur studiyasına baxış zamanı isə saxta əskinasların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı DVR sistem bloku aşkar edilərək götürülüb. Cinayət işinin başlandığı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 137