Muəllif: Redaksiya
Fevralın 9-dan şaxta olmayacaq, havalar düzələcək
Ölkə ərazisində şaxtalı havalar fevralın 9-na kimi davam edəcək. Sinoptiklərin məlumatlarına görə, sonrakı günlərdə havanın hərarəti tədricən yüksələcək. Fevralın 7-8-də gecə saatlarında havanın hərarəti -5-ə qədər düşəcək, gündüz isə 0-dan yuxarı olacaq. Yollar buz bağlayacaq.
Fevralın 9-na keçən gecə +2 dərəcə isti olacaq, sonrakı günlərdə isə tədricən qalxmaqda davam edəcək. Ayın sonuna kimi hava şəraitində kəskin dəyişmələr və şaxta gözlənilmir.
Bölüm: Xəbərlər
Oxunma sayı: 176