Muəllif: Redaksiya
Fətullah Gülən Ərdoğanı məhkəməyə verdi: 100 min lirə təzminat tələb edir
BŞ-da yaşayan Fətullah Gülən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı böhtançılıqda ittiham edərək məhkəməyə verib. Gülən öz açıqlamaları ilə onun nüfuzuna xələl gətirən Ərdoğandan vurulan mənəvi zərərə görə 100 min türk lirəsi (44 200 dollar) tələb edir.
Din xadimini qəzəbləndirən baş nazirin onu Türkiyədə paralel dövlət idarəetmə sistemi qurmaqda və dövlət hakimiyyətini ələ keçirmək cəhdində ittiham etməsi olub. Gülən və Ərdoğan arasındakı münasibətlər ötən il dekabrın 17-də keçirilən rüşvət əməliyyatından sonra kəskinləşib.
Bölüm: Dünya
Oxunma sayı: 111