Fətullah Gülən: “Camaat CHP-yə dəstək olacaq”
Hazırda ABŞ-da yaşayan Türkiyənin ünlü din adamı Fətullah Gülən hakim AKP-nin demokratiyanın əleyhinə dönməsindən narahatlığını ifadə edib. Wall Street Journal qəzetinə açıqlama verən Gülən 17 dekabrdan bu yana Türkiyə iqtidarı ilə arasındakı fikir ayrılıqlarından danışıb. O, rəsmi Ankaranı istər ideoloji, istər ölkədə rəğbət yaratmaq, istərsə də dünya görüşü ilə bağlı edilən tövsiyələrə fikir verməməkdə ittiham edib. Gülən AKP-yə alternativin olmasına müsbət baxmasına işarə edərək CHP-yə dəstək verə biləcəklərini bəyan edib. “Zaman gələndə “camaat” üzvləri də digər vətəndaşlar kimi seçimlərini dəyərlərə əsasən həyata keçirəcək”, — o bildirib.
“Ölkəni idarə edənlərə qarşı heç bir zaman gizli bir planın bir parçası olmadıq, hakimiyyətə paralel sistem iddialarını rədd edirik, camaatın dəyər və baxışı dəyişməyib, dəyişən AKP-dir”- o, hakim partiyanı ittiham edib (Turan).