Fazil Muradəliyevin oğlu dələduzluq maddəsi ilə 10 il aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Tbilisi şəhər meriyasının Azərbaycanda daimi nümayəndəliyində «İberiya-press» agentliyinin sabiq icraçı direktoru Rəşad Muradəliyev və Ayaz Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, Muradəliyev 10 il, Rəşidov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Muradəliyev bir müddət axtarışda olub. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməliyyat tədbirləri nəticəsində Rəşad Fazil oğlu Muradəliyev 2012-ci il sentyabrın 12-də, Rəşidov isə iyulun 12-də saxlanılıb.
Muradəliyev həbs olunan zaman Tbilisi şəhər meriyasının Azərbaycanda daimi nümayəndəliyində fəaliyyət göstərən «İberiya-press» agentliyinin icraçı direktoru vəzifəsində çalışıb. O, bundan əvvəl də iki dəfə dələduzluq faktına görə həbs edilib.
Onlar CM 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunurlar.
Rəşad Muradəliyev 2005-ci ildə deputatlığa namizəd olub. Onun atası Fazil Muradəliyev Azərbaycan KP MK-nın ideoloji katibi olub.