Evindən 5 kq narkotik çıxdı — hər növdən…
Lənkəran şəhər sakinindən külli miqdarda narkotik vasitə götürülüb. Özü də hər növdən. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1981-ci il doğumlu Xalid İsmayıl oğlu Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı Lənkəran şəhəri, Hacı Zeynalabdin küçəsi, dalan 1, ev 8 ünvanda yerləşən mənzilinə baxış keçirilərkən eyvandakı divanın altında satış məqsədilə saxladığı külli miqdarda narkotik vasitə aşkarlanıb. Burdan 1013,3 qram heroin, 3021,3 qram tiryək, 202,08 qram həşiş qətranı, 1806,5 qram psixotrop maddə olan “Metamfetamin” və 1 ədəd tərəzi aşkarlanaraq götürülüb.
Hüseynov ilkin ifadəsində narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, bununla belə törətdiyi əməlindən peşman olduğunu bildirib. Saxlanılan Xalid Hüseynovun özü də narkotik aludəçisi olmaqla bərabər, analoji fakta görə əvvəllər 2 il məhkumluq həyatı yaşayıb. Faktla bağlı polisdə CM 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.