Muəllif:

Eurovision-2014 milli seçim turuna start verilir

2014-cü ildə İctimai Televiziya “Eurovision-2014” milli seçim turunu yeni formatda keçirəcək. Bu həftədən etibarən 2014-cü ilin əsas vokal proqramı olan “Böyük səhnə”yə start veriləcək.

Layihə çərçivəsində Azərbaycanın ən yaxşı vokalçılarının 7 həftə ərzində yarışda iştirakı nəzərdə tutulur. Qalib şəxs Danimarkada keçiriləcək “Eurovision-2014” yarışında Azərbaycanı təmsil edəcək.

“Böyük səhnə” layihəsində tamaşaçıları parlaq şou və unudulmaz anlar gözləyir. Təşkilatçılar bildirib ki, bu layihədə məqsəd yalnız ən yaxşı vokalçını seçmək deyil, həm də proqramı yeni, əyləncəli formatda tamaşaçılara təqdim etməkdir.

“Musiqi və yumor “Böyük səhnə” layihəsinin əsas tərkib hissəsi olacaq. Proqrama seçilən məşhur və sevilən aparıcılar isə layihənin digər sürprizidir” — deyə, İTV-nin baş direktoru Cəmil Quliyev layihə haqqında məlumat verib.

Qeyd edək ki, 9-13 yanvar tarixlərində Azərbaycanın ayrı-ayrı bölgələrində “Böyük səhnə” layihəsinin seçim turları keçiriləcək. İştirak etmək istəyən vokalçılar proqramın rəsmi saytında yerləşdirilən anket formasını doldurmalıdır.
Seçimlər 8 şəhərdə keçiriləcək.

Seçim turunda 16 yaşı tamam olan hər kəs iştirak edə bilər (tək, yaxud qrup şəklində). Qrupda maksimum iştirakçı sayı 6 nəfərdir.Seçim zamanı iştirakçı iki dildə musiqi ifa etməlidir: Azərbaycan dilində (mütləqdir) və ingilis dilində (arzuolunandır). Vokalist (yaxud qrup) çıxış zamanı ifa edəcəyi musiqinin bek-vokalsız fonoqramını təqdim etməlidir.

İfaçının istəyindən asılı olaraq oxunacaq parça akapello şəklində də ifa oluna bilər. (fonoqramsız).

Qeyd edək ki, proqramın ilk mövsümü ATV kanalında yayımlanıb. İkinci mövsümün ilk verilişi isə yaxın zamanlarda İctimai Televiziyada yayımlanacaq. İlk mövsümün qalibi müğənni Aysel Nərimanova olub. “Böyük səhnə”də ikinci yeri Nigar Məmmədova, üçüncü yeri isə Vlada Axundova tutub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 223