Muəllif:

Ermənistanın baş naziri Tiqran Sarkisyan istefa verdi

Eduard Şarmazanov hakim Respublika Partiyası idarə heyətinin iclasından sonra bildirib ki, Ermənistanın baş naziri Tiqran Sarkisyan istefa verib.  Parlamentinin vitse-spikeri və bu partiyadan deputat Eduard Şarmazanov xəbər verib ki,  baş nazirin istefası Ermənistan Respublika Partiyası tərəfindən qəbul olunub, deyə Anadolu Agentliyinin xəbərində bildirilir.
Şarmazanov əlavə edib ki, Tiqran Sarkisyan hələ bir ay öncədən belə bir xahişlə prezidentə müraciət edib, lakin, Konstitusiya Məhkəməsində icbari pensiya sisteminə dair dinləmələr keçirildiyi səbəbindən prezident ondan gözləməsini xahiş edib və bu gün baş nazirin xahişi təmin edilib.

Tiqran Sarkisyan Ermənistan hökumətinə 6 ildir —  2008-ci il aprelin 9-dan rəhbərlik edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 187