Muəllif:

Ermənistan vətəndaşları İstanbulda yerli ermənilərin evlərini soyublar

Ermənistan vətəndaşlarından ibarət cinayətkar dəstənin üzvləri həbs edilib. Dəstə üzvləri İstanbulda yaşayan yaşlı ermənilərin mənzillərini qarət etməkdə təqsirli bilinirlər. Onlar Ermənistandan qadınları İstanbula gətirərək qulluqçu qismində bir neçə erməninin evinə yerləşdirirlər. Təlimatlanmış «qulluqçular» bir neçə həftə ərzində mənzildə qızıl və zinət əşyalarının yerini müəyyənləşdirib, sonra dəstə üzvlərinə xəbər göndəriblər. Mənzil qarət olunduqdan sonra dırnaqarası qulluqçular da yoxa çıxıblar. İstanbul polisinin apardığı araşdırma zamanı şəhərdə yaşayan Sara, Jilda adlı erməni qadınların mənzillərinin də eyni qaydada qarət olunduğu müəyyənləşib. İzə düşən polis dələduz ermənilərin ələ keçirilməsi üçün əməliyyat keçirib. Əməliyyat zamanı 3 kişi və 3 qadından ibarət dəstənin bütün üzvləri həbs edilib. Qeqam, Karina, Edqar və Qaqo adlı şəxslərin iştirak etdikləri sonuncu oğurluq zamanı Sara adlı erməni qadınının mənzilindən 300 min ABŞ dolları dəyərində qızıl-zinət əşyası, 10.000 dollar dəyərində nağd pul və 4 xəz dəri oğurlanıb. Oğurlanan xəz dərilər dəyər dəyməzinə satılıb. Vətəndaşlara dəymiş maddi ziyanın bir hissəsi müəyyən olunaraq artıq sahiblərinə qaytarılıb. Faktla bağlı qrup şəklində oğurluq etmə, maddəsi ilə cinayət işi açılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 95