Muəllif:

Ermənistan Rusiyadan erməni miqrantlar üçün «xüsusi status» istəyib

Ermənistan Rusiyadan miqrasiya qanunvericiliyinə dəyişikliklərin edilməsini xahiş edir.  Beləm ki,  Ermənistanın milli təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan rusiyalı həmkarı Nikolay Patruşevə yazdığı məktubda Ermənistan vətəndaşları üçün güzəştlərin edilməsini istəyib. “Ermənistanla Rusiya strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlarla münasibətdə Rusiya liberal yanaşma sərgiləyə bilər. Məsələn, Avropa Birliyi daxilindəki kimi”, — deyə A.Baqdasaryan məktubunda vurğulayıb.

İzvestiya qəzetinin yazdığına görə, Baqdasaryan Ermənistanın tezliklə Gömrük İttifaqına üzv olacağını əsas gətirərək Moskvadan Rusiyaya gedən ermənilərə xüsusi statusun verilməsini vacib sayır. 

Yanvarın 1-dən Rusiyaya işləmək üçün gedən xarici vətəndaşlar üçün ölkə ərazisində qalma müddəti 90 gün müəyyənləşdirilib. Bu şərt görünür Ermənistanı qane etmir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154