Muəllif: Redaksiya
Ermənilərlə işbirliyində olan Azərbaycan vətəndaşları hökumətin hesabatında
Bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir. Hesabatda qeyd edilir ki, 2013-cü ildə görülmüş məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət, neft strategiyası, regionda cərəyan edən proseslər, ölkə rəhbərliyi və dövlət məmurları barədə məlumatlar toplayaraq xarici dövlətə ötürən 1 nəfər, eləcə də, Rusiyada yaşayan erməni milliyyətli şəxslərlə cinayətkar işbirliyi qurub, onların sifarişi ilə saxta sənədlər hazırlayaraq satan 1 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.
Bölüm: Kriminal
Oxunma sayı: 156