Muəllif:

Ermənilərlə birgə iki tədbirdə olacaqlar, lakin dövlət sirrinin daşıyıcısı deyillər

Politoloq Zərdüşt Əlizadə bu günlərdə Ermənistanın Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryanın Fridrix Ebert Fondunun dəstəyi ilə həyata keçirdiyi “Üç ölkənin Qarabağ münaqişəsinin həllinə təsiri” layihəsi çərçivəsində İstanbulda keçirəcəyi tədbirdə iştirak edəcək. Bunu APA-ya açıqlamasında Z. Əlizadə özü bildirib.

Əlizadə bildirib ki, Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi rəhbəri Georgi Vanyanın dəstəyi və təşkilatçılığı ilə aparılan “Təkəli prosesi”ndə də fəal iştirak edir. Bu prosesdə Azərbaycandan Müsavat Partiyasının Divan üzvü, professor Niyazi Mehdi, yazar Seymur Baycan, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin Qazax rayonundakı nümayəndəsi Xamis Məmmədov, Yaşıllar Partiyasının sədri Mayıs Güləliyev iştirak edirlər. “Təkəli prosesi”nin mahiyyətində azərbaycanlılar, ermənilər və gürcülərin iştirakı ilə “Sülh bazarı”nın yaradılması durur.

Əlizadə deyib ki, Azərbaycan Konstitusiyada, digər qanunlarda “xalq diplomatiyası” qadağan deyil.  O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin başlandığı 1989-cu ildən “xalq diplomatiyası”nın aktiv iştirakçısıdır, bununla bağlı Rusiya, Ermənistan və Gürcüstanda keçirilən tədbirlərdə iştirak edir.

O, iştirak etdiyi bir çox görüşləri sadalayıb və məqalələrinin Georgi İvanyana məxsus saytda, ermənipərəstliyi ilə tanınan “reqnum.ru” saytında yayıldığını bildirib. Dövlət sirrinin daşıyıcısı olmadıqlarını, yalnız ağıllarına güvəndiklərini söyləyən politoloq vurğulayıb ki, “əsas məqsəd Qarabağ ermənilərinin Azərbaycanda yaşaması, münaqişəni dinc yolla həll edilməsi üçün onları dilə tutmaqdır”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 997