Muəllif:

Ermənilərin «Naxçıvan icması» fəallaşıb

ABŞ MKİ-nin axtardığı Əli Əl Xəzini və Əhməd Əl Xəzini terrorçu qardaşları işğal olunmuş Dağlıq Qarabağa sığındılar. Onlar «055» beynəlxalq narkobiznesdə ittiham olunurlar.
Ermənistan parlamentində Yerevanda, Xankəndində, Şirakda, Horidə, Vanadzorda, 2-ci və 5-ci hərbi korpuslarda ofisləri olan «Naxçıvan icması»nın yenidən qurulması təklifləri verilib. Parlamentdə «Naxçıvan icması»nı təmsil edən keçmiş millət vəkillərindən olan, tarixçi O.Q.Arakelyan təklifində açıqlayıb ki, guya Naxçıvanda və onun dağ ərazilərində oktyabrda aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuş qədim əşyalar… abidələr qədim ermənilərə məxsusdur. Lakin Azərbaycan arxeoloqları əldə olunan «erməni milli sərvətləri»ni özününküləşdirirlər. Tarixçi O.Arakelyanın açıqlaması haqqında Fransanın «Le Monde» və ABŞ-da nəşr olunan «Diskver» elmi-tədqiqat mətbu orqanları da yazır. Məsələn, «Diskver» jurnalı hələ 2003-cü ildə erməni tarixçisi O.Arakelyanın qaldırdığı məsələyə münasibət bildirərkən, iddia edir: «…Yaxşı olardı ki, cənab Arakelyan bu istiqamətdə fakt və sənədlərə daha çox müraciət etsin…» Göründüyü kimi, məsələ təzə deyil. 2003-cü il iyulun 2-də BMT-dən və 2003-cü il avqustun 4-də YUNESKO-dan bu məsələyə aydınlıq gətirmək üçün Ermənistan parlamentinə Naxçıvan ərazisindəki erməni tarixi abidələrin (əgər varsa) dağıdılması ilə bağlı monitorinqin keçirilməsi təklifilə müraciət də edilib. Lakin erməni deputatlar və rəsmilər hələ də susurlar. Çünki fakt və sənəd olmadan danışmaq mümkün deyil. Fakt isə yoxdur.
Əldə olunan digər bir məlumatda isə bildirilir ki, xaricdəki kürd, talış və erməni diasporları da ayrı-ayrılıqda diplomatik korpuslarımızın önündə piket və mitinqlərin keçirilməsini planlaşdırır. Məsələn, Polşa və Bolqarıstanda kürdlərin, Rumıniya, Macarıstan və RF-də ermənilərin keçirəcəkləri mitinqlərdə ərazi və torpaq iddialarından, etniklərin hüquqlarının tapdalanmasından danışılan kadrların nümayişi gözlənilir.
Ermənistan parlamentində «Naxçıvan icması»nın yenidən qurulması ilə bağlı xüsusi Dövlət Proqramı işlənilib. Şübhəsiz, bizi ən çox maraqlandıran proqramın hərbi tərəfləridir.
Ermənistanda «Naxçıvan icması» adlı yeni bir silahlı hərbi birləşmənin yaradılmasına rəvac verilib. Araşdırmalarımıza görə, bu hərbi birləşmə 1988-ci ildə erməni polkovniki (Moskva) E.D.Qoçubekyanın, Fransa legionunda xidmət etmiş zabit A.R.Siracyanın və Yerevanda Silahlı Qüvvələrdə müşavir işləyən F.S.Aroyanın yaratdıqları «Üçbucaq» hərbi layihəsi «Dağlıq Qarabağ hərbi birləşməsi» layihəsilə eynilik təşkil edir.
Başqa bir məlumatda isə bildirilir ki, RF-də yaşayan ermənilərin (əsasən Azərbaycan ərazisindən köçüb gedənlərin) təşkil etdikləri «Həmrəylik» qrupunun üzvləri eyni gündə Rusiyanın subyektlərində mitinqlərin keçirilməsini də planlaşdırıblar. «Naxçıvan icması»nın bir qrup ziyalısı isə RF prezidenti Vladimir Putinə və ABŞ prezidenti Barak Obamaya da məktub ünvanlayıblar. «Karabaxskiy Kuryer» jurnalı yazır ki, «Naxçıvan icması» Ermənistanda ciddi iddiaları olan siyasi qurumlardan biridir və onun erməni hərbi korpuslarında (xüsusən Ermənistan-Naxçıvan sərhəd bölgələrindəki hərbi hissələrdə) böyük nüfuzu var.
Separatçı «Naxçıvan icması» haqqında kifayət qədər məlumat əldə etmişik. 2013-cü il dekabrın 24-də əldə etdiyimiz fakt və informasiyalara görə, icmanın ayrıca maliyyə mənbələri də müəyyənləşdirilib. Məsələn, erməni diasporunun ABŞ və Fransada keçirdikləri telemarafonlardan yığdıqları gəlirin və yaxud yardımın 30%-i icmanın Yerevan bankındakı hesabına ötürülür.
Bu işdə xüsusən ABŞ-da yaşayan erməni milyonçusu Eduard Ernekyan və Simon Manukyan əsl canfəşanlıq ediblər.
Araşdırmalarımıza görə, Ermənistan birmənalı şəkildə Naxçıvanla həmsərhəd zolaqlarına vaxtilə Naxçıvan ərazisindən gedən erməni ailələrin və şəxslərin köçürülməsi kampaniyasına başlayıb. Vaxtilə Çin Respublikasının hərbi-sənaye komplekslərində istehsal olunmuş və RF-in «Suxoy» hərbi-sənaye kompleksinin xəttilə Ermənistana ötürülən «Tayfun» raketlərinin üçü artıq sərhəd zolaqlarına gətirilib (Bütün bunlar üçün monitorinq lazım deyilmi?).
«Naxçıvan icması»nda bu məsələyə baxan hüquqşünas T.S.Aleksandranyan iddia edir ki, 2020-ci ilədək Ermənistan-Naxçıvan sərhəd bölgələrində Naxçıvan ermənilərindən ibarət üç iri kənd salınması nəzərdə tutulub.
«Naxçıvan icması»na gəlincə, onun Sədərək istiqamətində eyni adla «Naxçıvan batalyonu» hərbi dəstəsi formalaşır. Məlumata görə, ad «Naxçıvan» olsa da, bu hərbi dəstələrə Afrika regionlarından, Latın Amerikasından ayrı-ayrı beynəlxalq cinayətkar qurumlarda iştirak edən muzdlular da dəvət edilir. Məsələn, Kamerun, Konqo, Mərakeş, Anqola, eləcə də Fransanın, ABŞ-ın… və hətta RF-in də mətbuat səhifələrində işğal olunmuş Azərbaycan ərazilərinin qorunması məqsədilə muzdluların dəvətilə bağlı elanlar da verilir.
Fikrimizcə, Azərbaycan xarici siyasət idarəsində bu istiqamətdə xüsusi sənədlər qovluğunun olması zəruri hal sayılmalıdır və nəticə etibarilə həmin sənədlər BMT və AŞ, ATƏT-ə üzv olan ölkələrə, nəhayət, İnterpola təqdim olunmalıdır. Məsələn, araşdırmalarımıza görə, erməni işğalına məruz qalan Dağlıq Qarabağ ərazisində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin axtarışında olan beynəlxalq terrorizmdə və narkoticarətdə ittiham olunan Əli Əl Xəzini və Əhməd Əl Xəzini qardaşları «055» narkobriqadasının («Əl-Qaidə»nin narkoticarət şəbəkəsi) icraçıları kimi fəaliyyət göstərirlər. Faktiki olaraq erməni işğalçılarının planlarında açıqlanan «Dağlıq Qarabağ» faktoru ilə «Naxçıvan faktoru» eyni siyasətin davamıdır. Daha doğrusu, bir-birinin davamı olan bu siyasi gedişlər Cənubi Qafqazda həmişə sabitliyin pozulmasına gətirib çıxardacaq.
Azərbaycan öz torpaqlarını azad etmək üçün yeni konsepsiya işləməlidir və bu konsepsiya ATƏT-ə üzv ölkələrin müzakirəsindən öncə Azərbaycan xalqının müzakirəsinə verilməlidir.
Torpaqlarının azad edilməsini düşünən hər bir millət, hər bir dövlət bütün qüvvələri bir araya gətirməlidir.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 381