Muəllif:

Ermənilər Tehranda mitinq keçirdilər, Moskvada da mitinq keçirəcəklər

İranda Türkiyə əleyhinə daha bir etiraz aksiya keçirilib. Aprelin 16-da İran vətəndaşı olan ermənilər BMT-nın Tehran ofisinin binasının qarşısına toplaşıb. Aksiyada Türkiyə hökumətinin Suriya siyasəti pislənilib, rəsmi Ankaradan bu məsələ ilə bağlı siyasətini yenidən nəzərdən keçirməsi istənilib.

Onlar Türkiyə-Suriya sərhədində yerləşən Kəsəb bölgəsində “ən-Nüsra” üzvlərinin erməni kəndinə həyata keçirdikləri hücumu da qınayıb, rəsmi Ankaradan terrorçuları silah-sursatla təmin etməyi dayandırmağı tələb ediblər.

Nümayişçilər BMT və digər beynəlxalq təşkilatlardan Türkiyənin Suriyada müharibə alovunu körükləyən cəhdlərinin qarşısının alınması bu ölkəyə təzyiq göstərməsini istəyiblər.

Aksiya bəyanatın oxunması və qətnamənin BMT-nin Tehrandakı ofisinə təqdim olunması ilə başa çatıb. Qeyd edək ki, bir qrup erməni aprelin 15-də də İranın İsfahan şəhərində Türkiyə əleyhinə aksiya keçirib.

Aprelin 24-də isə onlar Moskvada «Erməni soyqırımı-insanlığa qarşı cinayət” şüarı altında mitinq keçiriləcək. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, mitinq iştirakçıları Türkiyədən “erməni soyqırımı”nı tanımağı tələb edəcəklər.

Aksiyada Rusiya Dövlət Duması fraksiyalarının nümayəndələri, politoloqlar və milli diaspor təmsilçiləri çıxış edəcək.  Mitinqin keçirilməsi Moskva meriyası ilə razılaşdırılıb.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145