Muəllif:

«Ergenekon» məhbuslarından böyük bir dəstə azadlığa çıxdı

Səkkiz ilddir dalğa-dalğa həyata keçirilən əməliyyatlar və həbslər nəticəsində Türkiyənin bir nömrəli gündəmini təşkil edən “Ergenekon” prosesində ədalətsizlik  üzə çıxıb:  ardıcıl olaraq azadlığa buraxılmalar barədə məlumatlar verilir. Keçmiş baş qərargah rəisi təqaüddə olan General İlkər Başbuğun azad edilməsinin ardınca bu proseslə əlaqədar həbs edilmiş çox sayda şübhəli bu gün azad edilib.  Onların arasında Yalçın Küçükdən başqa, Tuncay Özkan, təqaüddə olan polkovnik Levent Göktaş, Sədat Peker, vəkil Kamal Kerinçsiz, təqaüddə olan polkovnik Dursun Çiçək, İbrahim Şahin, Alparslan Arslan, Məhmət Əli Çələbi, sabiq birinci ordu komandanı Həsən İğsız, keçmiş Jandarma Komandanı Şənər Eruyğur, jurnalist Mərdan Yanardağ, Ələddin Sevim, Doğu Perinçek, Müzəffər Təkin, Həsən Atilla Uğur, Hikmət Çiçək var.

Şübhəlilərdən Dursun Çiçək və Hakimə qarşı söyüş söydüyü əsas gətirilən Alparslan Arslan digər məhkəmə prosesi ilə əlaqədar azadlığa çıxa bilməyəcəklər.

Vəli Küçük, Levent Ersöz, Bədri Gültəkin, Sərdar Öztürk, Həsən Ataman Yıldırım və Erkan Önselin həbsdən azad edilmə barədə vəsatətləri 3-cü ağır cəza Məhkəməsi tərəfindən təmin edilməyib.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125