Ərdoğanı tənqidə görə Bakıya deportasiya edilib
Today’s Zaman’ın müxbiri və bloq yazarı Mahir Zeynalov Türkiyə hökuməti tərəfindən deportasiya edilib. Türkiyənin Zaman qəzetinin verdiyi məlumata görə Azerbaycan vatandaşı Mahir Zeynalovun deportasiyasına səbəb hökuməti və xüsusən də Baş nazir Rəcəb Tayyib Ərdoğanı davamlı ittiham etməsi olub. Qəzetin yazdığına görə “mahirzeynalov” adlı twitter hesabında “türk prokurorları polisə Əl-Qaidə təşkilatına mənsub şəxsləri saxlama əmri verdi,Ərdoğanın təyin etdiyi polis rəisləri isə əmri yerinə yetirmədi”adlı atması olub.
Ərdoğan şikayətində M. Zeynalovun “Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib. Bunun əsasında Türkiyə Daxili İşlər Nazirliyi 5683 saylı “Əcnəbilərin Türkiyədə yaşaması və səyahət etməsi haqqında qanun”da yer alan “məmləkətdə qalması ümumi güvənliyə zidd sayılan əcnəbilər Daxili İşlər Nazirliyi tərəfindən müəyyən müddət ölkədən çıxmağa dəvət olunur. Bu müddətin sonunda Türkiyəni tərk etməyənlər deportasiya edilir” maddəsinə uyğun olaraq M. Zeynalovu ölkədən qovub.
Məlumata görə 4 ildr Türkiyədə yaşayan Zeynalov martın 10-da 2014-ci ilə qədər bu ölkədə yaşamaq və işləmək haqqı var. Bununla belə O, 15 ay əvvəl Türk vətəndaşı ilə evləndiyinə görə Türkiyədə qalmaq hüququna malik olub. Öz növbəsində Zeynalov ifadəsində yazdığı twittlerin mediada yayılan xəbərlər olduğunu deyib. Bununla belə jurnalist-yazar Yavuz Baydar Mahir Zeynalovun deportasiya edilməsinə münasiət bildiirb.
O, bu qərarla Türkiyədə azad mediyaya vurulan zərbənin getdikcə artdığını deyib.
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç «Today`s Zaman» qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsinə münasibət bildirib.
ATƏT-in xüsusi nümayəndəsi öz Twitter səhifəsində Türkiyənin bu addımını ölkədə mətbuat azadlığı sahəsində atılmış növbəti yanlış addım adlandırıb (Turan).