Muəllif: Redaksiya
Ərdoğan: “Türkiyə Krım referendumunun nəticələrini tanımır”
Türkiyə mətbuatı baş nazir Ərdoğanın Krımda keçirilmiş referendumun nəticələrini tanımadığı barədə xəbər yayıb. Qeyd olunur ki, Ərdoğan bu mövqeyini İzmir şəhərində Krım tatarlarının lideri Müstafa Cəmillə görüşündə deyib. Baş nazir əlavə edib ki, Türkiyə Qərblə birlikdə Ukraynanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək istəyinı nəzərə çatdırıb.
Ərdoğan NATO-nun verəcəyi qərarların icrasında iştirak edəcəklərini də bildirib. Krım tatarlarına hər hansı bir təzyiqin olacağı halda buna seyrçi olmayacaqlarını bəyan edib.
Bölüm: Siyasət
Oxunma sayı: 103