Muəllif:

Ərdoğan Putinlə telefonla «Krım söhbəti» edib

Baş nazir Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Krımda baş verən hadisələrlə bağlı  Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub. Baş nazirin aparatının verdiyi açıqlamaya görə, Ərdoğan Ukrayna böhranının həllində son sözün Ukrayna xalqına aid olduğunu nəzərə çatdırıb. Ölkədəki qeyri-sabitlik və onu dərinləşdirmə cəhdlərinin bütün regiona mənfi təsir göstərəcəyini qeyd edib.

Baş nazir mövcud böhranın həllində beynəlxalq hüquq və dövlətlərarası münasibətlər prinsiplərinə riayət olunmasının vacibliyini vurğulayıb. O, Krımın yerli əhalisi olan Krım tatarları və rusların ukraynalılarla birgə sülh və sakitlik şəraitində yaşamalarını təmin edəcək əsasların birgə həyata keçirilməsinə diqqət çəkib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 100