Muəllif: Redaksiya
“Elit”in yaxınlığında adamı öz avtomaşınında güllələdilər
“Elit” Ticarət Mərkəzinin yaxınlığında bir nəfər öz avtomobilində güllələnib. Hadisə dünən axşam saatlarında qeydə alınıb. Bakı şəhər sakini, 1980-cı il doğumlu Elnur Eldar oğlu Mustafayev idarə etdiyi “VAZ” markalı avtomobildə güllələnib. Üç güllə yarası alan Mustafayev hadisə yerindəcə keçinib.
Binəqədi polisinə istindən, Mustafayevə tapançadan atəş açıblar. Hadisənin törədən şəxsin və ya şəxslərin kimliyi və hadisənin baş vermə səbəbləri hələlik bəlli deyil.
Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun yaradıldığı bildirilir.
Bölüm: Kriminal
Oxunma sayı: 250