Muəllif: Redaksiya
Əlil adamı öldürən «qoçağa» məhkəmə 10 il həbs oxudu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ əlili Natiq Əşrəfovu qətlə yetirməkdə təqsirləndirilən Babək Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə elan edilən hökmə əsasən, Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən il avqustun 14-də B. Əsgərov Kəlbəcər rayonundan məcburi köçkün və Qarabağ əlili olan tanışı N.Əşrəfovla sərxoş vəziyyətdə mübahisə ediblər. Mübahisə getdikcə münaqişəyə çevrilib və B.Əsgərov bıçaqla Qarabağ əlilinin boğazını kəsib. N.Əşrəfov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Bölüm: Kriminal
Oxunma sayı: 120