Əlibəyli kəndi güclü atəş altlnda: 1 kəndli, 1 əsgər ayağından yaralanıb
Tovuz rayonunun Əlibəyli kəndinin Ermənistan tərəfdən intensiv atəşə tutulması nəticəsində kənd sakini və bir hərbçi ayağından yaralanıb. Əlibəyli kənd İcra nümayəndəsi Valeh Rzayevin APA-ya bildirdiyinə görə, Əlibəyli kənd sakini Etibar Tağıyev ayağından yaralanıb. O evində olarkən düşmən gülləsi evin divarını dəlib keçərək Tağıyevin ayağına dəyib. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bundan başqa, bir hərbçinin də ayağından güllə yarası aldığı bildirilir.
Kənd sakinlərinə istinaddən saat 22.30 radələrindən başlayaraq ermənilər iri çaplı silahlarla kəndi atəşə tutublar. Hazırda atışma davam edir. Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb. Deyilir ki, hərbi bölmələr düşməni susdurmağa çalışırlar.