Muəllif: Redaksiya
Əlibəyli kəndi düşmən tərəfindən 6 saat güllə yağışına tutulub
Ötən gün Tovuzun Əlibəyli kəndi düşmən tərəfindən 6 saat güllə yağışına tutulub. Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-ya
verdiyi bilgiyə görə ermənilər saat 18 radələrindən başlayaraq saat 24 radələrinə kimi kəndi iricaplı silahlardan atəşə tutublar. Onun sözlərinə görə, nəticədə kəndin qaz xətləri, elektrik dirəklərindən bir neçəsi sıradan çıxıb. Hazırda kənd qaz və işıqsız qalıb. İcra nümayəndəsi bildirib ki, səhər saatlarından başlayaraq aidiyyəti qurumlar kənddə qaz və elektrik enerjisinin bərpa edilməsi istiqamətində təmir işləri aparırlar.
Valeh Rzayevin bildirdiyinə görə, 100-ə yaxın evin damı zədələnib. Bəzi evlərin içərisinə hətta güllələr girərək yanğına səbəb olub. Bizim əsgərlərin düşmənə cavab verib-vermədlikləri barədə bir söz deyilmir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 115